İyl
2021
17:56
191
43
4350
Virtual karabakh

Dövlət şirkəti qızılın geri alışını həyata keçirəcək - FOTO

6 İyl, 2021
17:56
4350

Dövlət şirkəti qızılın geri alışını həyata keçirəcək - FOTO

“AzerGold” QSC işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı konsepsiyasına uyğun olaraq İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər Nazirlikləri ilə birlikdə əlvan metal yataqlarının gələcək istismarı ilə bağlı müvafiq araşdırmalar aparmaqdadır”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuata yazılı açıqlamasında deyib.

Onun sözlərinə görə, bundan sonrakı mərhələlərdə də “AzerGold” QSC dövlət tərəfindən bu istiqamətdə aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verməyə, öz üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır:

“Qarabağ regionunun böyük iqtisadi potensialı var. İşğaldan azad edilmiş torpaqlarımızda mövcud faydalı qazıntı yataqları dağ-mədən sektorunda beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açır. Sözsüz ki, xarici dağ-mədən şirkətlərinin mədən layihələrinə cəlb olunması bu sektorun canlanmasına səbəb olacaq. Yerli dağ-mədən sahəsində hasilatçı şirkətlərin sayının artması “AzerGold” QSC-nin fəaliyyəti üçün əlavə stimul olmaqla yanaşı, sağlam rəqabət mühitində hədəflərimizin daha da yüksəldilməsini təşviq edəcək”.

Zakir İbrahimov qeyd edib ki, zərgərlik sahəsində fəaliyyət göstərən dövlət və özəl sahibkarlıq subyektləri üçün yaradılmış geniş imkanlar fonunda “AzerGold” yeni məhsul kolleksiyasını təqdim etməyə hazırlaşır:

Bu kolleksiyaya Heydər Əliyev Mərkəzi və “AzerGold” tərəfindən birgə təşkil edilmiş, Qarabağa həsr olunmuş müsabiqənin nəticələrinə əsasən seçilmiş yeni növ sikkələr də daxildir. “AzerGold”un istehsal etdiyi qızıl və gümüş məhsulların ilk satış və mübadilə mərkəzinin yaradılması istiqamətində də intensiv iş aparılır. Məlumat üçün bildirim ki, mərkəzdə ilk dəfə Cəmiyyətin istehsalı olan külçələrin, qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı da təmin ediləcək”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri