İyl
2021
18:04
197
67
3032
Virtual karabakh

“Şahdəniz 2”nin Şərq-Cənub cinahından hasilata başlanıb: İki milyon ev qazla təchiz ediləcək

6 İyl, 2021
18:04
3032

“Şahdəniz 2”nin Şərq-Cənub cinahından hasilata başlanıb: İki milyon ev qazla təchiz ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şahdəniz-2”nin 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlanılıb. 

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.

Hazırkı hasilat həcminə ümumilikdə gündə 400 milyon standart kubfut qaz əlavə olunacaq, bu isə iki milyon evi qazla təchiz etmək deməkdir.

Bu, “Şahdəniz” yatağından gündəlik ümumi hasilatı 2,4 milyard standart kubfutdan yuxarı qaldırmağa imkan verəcək.

Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli Şahdəniz lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.

Qeyd edilib ki, yeni işə salınmış Şərq-Cənub cinahı oradakı iki manifolddan və “Şahdəniz 2” qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə “Şahdəniz” yatağından ümumi hasilat həcminə gündə təxminən 90 000 barel neft ekvivalenti əlavə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri