İyl
2021
13:28
72
298
3067
Virtual karabakh

Nazir: “770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur” - FOTO

7 İyl, 2021
13:28
3067

Nazir: “770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sahibkarlığın İnkişafı Fondundan ayrılan güzəştli kreditlərin 95,7 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür”.

Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar-may ayları ərzində 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Eyni zamanda, nazir qeyd edib ki, bu ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən güzəştli kreditlərin 79 faizi regionlarda, 21 faizi isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür:

“Bu kreditlərin 37,6 faizi sənaye məhsullarının istehsalı və emalı, 53,7 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7 faizi isə digər sahələrin inkişafına yönəldilib”.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri