İyl
2021
17:48
26
170
2825
Virtual karabakh

Gömrükdən büdcəyə daxil olan vəsaitin miqdarı AÇIQLANIB

7 İyl, 2021
17:48
2825

Gömrükdən büdcəyə daxil olan vəsaitin miqdarı AÇIQLANIB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.

Oxu.Az-ın Komitədən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin iyun ayında gömrük xətti ilə büdcəyə 376,2 milyon manat vəsait daxil olub.

Bu, əvvəlki ayın (may 2021-ci il) göstəriciləri ilə müqayisədə 8,2 faiz, ötən ilin iyun ayı ilə müqayisədə isə 16,2 faiz çoxdur.

İyun ayı ərzində gömrük rüsumu üzrə 104,3 milyon manat, ƏDV üzrə 252,6 milyon manat, aksizlər üzrə 15,7 milyon manat, yol vergisi üzrə 3,6 milyon manat vəsait büdcəyə cəlb edilib.

İlin yanvar-iyun ayları ərzində gömrük xətti ilə büdcəyə 2 038 235 400 manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində büdcəyə 2 019 826 400 manat vəsait daxil edilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri