İyl
2021
16:44
194
23
4046
Virtual karabakh

Nazirin şəhidlərin ailə üzvləri və qazilərlə bağlı çağırışına qoşulan şirkətlər - SİYAHI

8 İyl, 2021
16:44
4046

Nazirin şəhidlərin ailə üzvləri və qazilərlə bağlı çağırışına qoşulan şirkətlər - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatına dəstək məqsədilə məşğulluq marafonu keçirilir.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında sahibkarlara, biznes ictimaiyyətinə və işəgötürənlərə çağırış da etmişdi.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, artıq bir neçə sahibkar və şirkət ailələrə yardım və işlə təminatlarına dəstək məqsədilə humanist təşəbbüsdə fəal iştiraka qoşulub:

- “Bolmart” supermarket

- “Grandmart” supermarket

- “Admedia” reklam agentliyi

- “Yurd Pharma”MMC

- “NewMedia” reklam agentliyi

- “Unity Company” Azerbaijan

Hazırda on dörd şəhid ailəsi, ümumilikdə isə 30-a yaxın qazi və ailəsinə yardım göstərilir, işlə təminatı bərpa edilir. Yardım paketində birdəfəlik ödəmə ilə yanaşı, işinə xitam verilmiş şəhidlərimizin aylıq müavinətləri də ailələrinə ödənilir.

Məlumat üçün bildirək ki, İkinci Qarabağ müharibəsi başlayan gündən etibarən də ön xətdə döyüşən hərbçilərimizə və ailələrinə xüsusi diqqət və lazımi dəstək göstərilib.

QEYD: İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu çağırışına digər sahibkarların, biznesmenlərin də dəstək göstərmələri, humanist təşəbbüsə qoşulmaları xahiş olunur!

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri