13 
İyl
2021
13:16
20
127
5963
Virtual karabakh

Güzəştli mənzillərin satışı ilə bağlı rəqəmlər AÇIQLANDI - FOTO

13 İyl, 2021
13:16
5963

Güzəştli mənzillərin satışı ilə bağlı rəqəmlər AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hövsan Yaşayış Kompleksində yerləşən 2 962 mənzildən 2 569-nun rəsmiləşdirilməsi başa çatıb.

Oxu.Az-ın Mənzil İnşaatı Dövlət Agentliyindən əldə etdiyi məlumata əsasən, onların 1 391-i “güzəştli mənzil” sistemi vasitəsilə, 1 178-i dövlət sifarişi əsasında rəsmiləşdirilib.

“Güzəştli mənzil” sistemi vasitəsilə rəsmiləşdirilən mənzillərin ödənişi 1 271-i ipoteka krediti hesabına, 120-i vətəndaşın öz vəsaiti hesabına təmin edilib.

Həmçinin, Hövsan Yaşayış Kompleksində gözləmə qaydasında 97 vətəndaş mənzil sahibi olub.

“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil əldə edənlərin 34,7 faizi ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan respublikasının hərbi qulluqçuları, 15,2 faizi ən azı 15 il dövlət ümumi təhsil müəssisələrində müəllim işləyən şəxslər, 13,3 faizini ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxsləri təşkil edib.

“Güzəştli mənzil” sistemi vasitəsilə vasitəsilə mənzil əldə edənlərin böyük qismini 22-35 yaş arası şəxslər təşkil edib, onlar 852 mənzil əldə ediblər. 36-50 yaş arası şəxslər tərəfindən 320 mənzilin, yaşı 50-dən yuxarı şəxslər tərəfindən isə 219 mənzilin alışı həyata keçirilib.  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri