13 
İyl
2021
15:07
90
227
6468
Virtual karabakh

Şəmkirdə 350 nəfərlə toy təşkil edildi: Şadlıq sarayının rəhbəri məsuliyyətə cəlb olundu - FOTO

13 İyl, 2021
15:07
6468

Şəmkirdə 350 nəfərlə toy təşkil edildi: Şadlıq sarayının rəhbəri məsuliyyətə cəlb olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

12 iyul 2021-ci il tarixində Şəmkir şəhəri, E. Allahverdiyev 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məhərrəmov Ramin İbadət oğluna məxsus “Yamin” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-a verilən məlumatda bildirilir ki, həmin şadlıq evində müvafiq portaldan (icaze.e-gov.az) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub.

Həmçinin, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda baxış zamanı şənlik mərasiminin 350 nəfərin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 12 nəfərin əyləşdiyi aşkarlanıb.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri