19 
İyl
2021
21:01
149
34
2659
Virtual karabakh

SOCAR Bulla-dəniz yatağında yüksək debitli quyunu istismara qəbul edib - VİDEO

19 İyl, 2021
21:01
2659

SOCAR Bulla-dəniz yatağında yüksək debitli quyunu istismara qəbul edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizin qaz təchizatında önəmli rola malik olan Bulla-dəniz yatağında geoloji tədbir uğurla həyata keçirilib.

Oxu.Az xəbər verir ki, yataqdakı 123 saylı quyunun 5878-5865 metr intervalında süzgəc açılıb.

Qeyd edək ki, 123 saylı quyu Bulla-dəniz yatağında 2017-ci ildə 6132 metr dərinliyə qazılmış, indiyə qədər quyudan 104 min ton kondensat və 472 milyon kubmetr qaz hasil edilmişdir.

Son dövrdə quyuda istismar olunmuş lay üzrə hasilatın gündəlik 150 min kubmetrə qədər təbii azalması müşahidə olunmuş və əlavə tədbir görülməsinə ehtiyac yaranmışdır. Aparılmış uğurlu tədbir seçimi nəticəsində quyu gündəlik 120 ton kondensat və 500 min kubmetr təbii qaz hasilatı ilə istismara verilmişdir.

Quyunun 2041-ci ilə qədər istismar olunması nəzərdə tutulur. Ümumilikdə 123 saylı quyudan 700 min tondan çox kondensat və 3 milyard kubmetrdən çox qazın hasil edilməsi proqnozlaşdırılır. Quyunun yüksək potensialını nəzərə alaraq, hasilatın artırılması istiqamətində işlər davam etdirilir.

Bulla-dəniz yatağı 1975-ci ildə açılıb. Yataqda 13 quyu işləyir, gündəlik 700 tona yaxın neft-kondensat və 3 milyon kubmetr qaz hasil edilir. Yatağın tam miqyaslı işlənmə planı çərçivəsində əlavə 17 quyunun qazılması planlaşdırılır. Bu quyuların hər birindən gündəlik 100 ton kondensat və 500 min kubmetr qaz hasilatı gözlənilir.

Cari dövrdə yataqda 6 saylı özüldən 117 saylı quyunun qazılması davam etdirilir. 2022-ci ildə yataqda daha bir lay dəstəsinin neft-qaz potensialını dəqiqləşdirmək üçün axtarış quyusunun qazılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri