20 
İyl
2021
11:42
26
162
2936
Virtual karabakh

Dövlət Xidməti: Toy mərasimlərinin portalda qeydiyyatdan keçirilməsi araşdırılır

20 İyl, 2021
11:42
2936

Dövlət Xidməti: Toy mərasimlərinin portalda qeydiyyatdan keçirilməsi araşdırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aidiyyəti qurumların monitorinq qrupları tərəfindən şənlik mərasimlərinin keçirildiyi obyektlərdə karantin şərtlərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, iyulun 20-də keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməsi araşdırılıb.

Eləcə də, tədbir təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə təmin olunması, qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər monitorinq edilib.

Araşdırma zamanı şənlik mərasimlərinin keçirildiyi bir sıra məkanlarda tələblərin pozulması halları müəyyən edilib. Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra bu cür hallar aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri