22 
İyl
2021
19:28
25
139
2751
Virtual karabakh

Dövlət sosialyönlü xərclərə ayrılan vəsaiti artırıb - RƏSMİ

22 İyl, 2021
19:28
2751

Dövlət sosialyönlü xərclərə ayrılan vəsaiti artırıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair məlumat verilib.

Oxu.Az Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12 668 600 000 manat təşkil etməklə xərclərindən 1 078 100 000 manat artıq olub.

Dövlət büdcəsinin gəlirləri 12 177 200 000 manat proqnoza qarşı 11 755 000 000 manat və ya 96,5 faiz icra olunub.

2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin xərcləri 12 070 800 000 manat proqnoza qarşı 11 590 500 000 manat və ya 96 faiz icra edilib.

Dövlət büdcəsi xərclərinin 7 654 900 000 manatı və ya 66 faizi cari xərclərə, 3 052 100 000 manatı və ya 26,4 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500 200 000 manat və ya 19,6 faiz çox), 883 500 000 manatı və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 800 000 manat və ya 0,3 faiz çox) yönəldilib.

Sosialyönümlü xərclər dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5 111 700 000 manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 127 300 000 manat və ya 2,6 faiz üstələyib.

Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin profisiti 164 500 000 manat təşkil edib.

Həmin dövr ərzində xarici kredit təşkilatları ilə imzalanmış kredit sazisləri üzrə 107 200 000 manat vəsait istifadə olunub, həmçinin dövlət istiqrazlarının investorlara satışı üzrə 774 000 000 manat cəlb edilib.

Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 15 328 900 000 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 958 300 000 manat və ya 23,9 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 12 752 400 000 manat məbləğində icra olunub.

2021-ci il üzrə icmal büdcə 7 335 300 000 manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2 576 500 000 manat büdcə artıqlığı (profisit) yaranıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri