23 
İyl
2021
10:52
304
88
3780
Virtual karabakh

Mikayıl Cabbarov Azərbaycan və Rusiya prezidentlərinin görüşündən danışdı - FOTOREPORTAJ

23 İyl, 2021
10:52
3780

Mikayıl Cabbarov Azərbaycan və Rusiya prezidentlərinin görüşündən danışdı - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2020-ci il pandemiya ilə əlaqədar çətin bir il oldu, lakin buna baxmayaraq, Rusiya Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələrdən biri olaraq qaldı”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya ixracatçıları ilə görüş zamanı deyib.

O bildirib ki, Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsi bizi sevindirir. Nazir Azərbaycanda iqtisadi böyümə və əldə edilən nailiyyətlər barədə də danışıb. Mikayıl Cabbarov ölkə iqtisadiyyatının müxtəlif sektorlarında ötən illə müqayisədə artım müşahidə edildiyini vurğulayıb.

Nazir Azərbaycanda son illərdə texnoloji parkların salındığını qeyd edib, eləcə də, Ələt Azad İqtisadi Zonasından və burada sahibkarların faydalana biləcəyi güzəştlər, azad iqtisadi zonanın investisiya imkanlarından danışıb.

Ötən günlərdə baş tutan Azərbaycan və Rusiya prezidentlərinin görüşünə də toxunan iqtisadiyyat naziri bu görüşün işgüzar əlaqələr baxımından yeni imkanlar açacağını, regional əməkdaşlığın genişlənməsinə və perspektiv layihələr, investisiyalar üçün daha əlverişli biznes imkanının yaradacağına töhfə verəcəyini əlavə edib.

Nigar Məmmədova

FOTO: Tapdıq Abdullayev

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri