26 
İyl
2021
11:08
253
23
3009
Virtual karabakh

Azərbaycanda xarici valyutalara maraq səviyyəsi AÇIQLANDI: Dollara tələb kəskin azalıb - RƏSMİ

26 İyl, 2021
11:08
3009

Azərbaycanda xarici valyutalara maraq səviyyəsi AÇIQLANDI: Dollara tələb kəskin azalıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin iyun ayı ərzində xarici valyutada nağd mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, göstəricilərdə ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Belə ki, 2021-ci ilin iyun ayında banklar tərəfindən 128 456 800 ABŞ dollarının alışı, 76 732 000 ABŞ dollarının isə satışı həyata keçirilib. 2020-ci ilin cari dövrünə nisbətən banklar tərəfindən dolların alışı 24,1 faiz, satışı isə 1,9 dəfə az olub.

Bu dövr ərzində 504 800 ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən 640 900 funt sterlinq həcmində satış baş tutub. Bu valyuta vahidi üzrə alış ötən ilə nisbətən 40,2 faiz, satış isə 23 faiz çox olub.

İyun ayında banklar tərəfindən 6 225 000 avro həcmində alış baş tutub. Dövr ərzində 18 642 400 dəyərdə avro satışı təmin edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 3,1 faiz azalıb, cari valyuta üzrə satış həcmi də 32,7 faiz artıb.

Ötən ay ərzində 1 671 321 100 Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə 170 743 000 rus rublunun satışı banklar tərəfindən təmin edilib. Rus rublunun alışı ötən ilə nisbətən 24 faiz artıb. Həmçinin, satışı da 2020-ci ilin iyun ayı ilə müqayisədə 1,2 faiz çox olub.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında dollar və avronun banklar tərəfindən alış həcmləri, yəni vətəndaşlar tərəfindən satışı azalıb. İllik müqayisədə Rusiya rublu və funt sterlinqin əhali tərəfindən banklara satış həcmi isə artıb.

Həmçinin, ötən ilin eyni dövrünə nəzərən dolların banklar tərəfindən satışı və ya əhali tərəfindən alış həcmləri azalıb. Digər üç valyutanın (rubl, avro, funt sterlinq) əhali tərəfindən banklardan alış həcmləri isə artıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri