26 
İyl
2021
15:48
23
162
2118
Virtual karabakh

Ölkədə bankların qazancı artıb: Bir ay ərzində 838 milyon manat öhdəlik geri qaytarılıb

26 İyl, 2021
15:48
2118

Ölkədə bankların qazancı artıb: Bir ay ərzində 838 milyon manat öhdəlik geri qaytarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin 1 iyul tarixinə Azərbaycanda bankların cəmi aktivlərinin həcmi 33 069 900 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına əsasən, əvvəlki ayla müqayisədə bankların aktivlərinin həcmi 2,2 faiz azalıb, illik müqayisədə isə 8,3 faiz artıb.

Bankların cəmi öhdəliklərinin həcmi 28 220 100 000 manatı təşkil edib. Bu isə aylıq müqayisədə 2,9 faiz, illik müqayisədə isə 7,6 faiz azdır. Cəmi bir ay ərzində bankların öhdəliklərinin həcmi 838 100 000 manat həcmində azalıb. 

İyul ayının 1-nə bankların xalis gəlirlərinin həcmi 366 300 000 manat olub. Bankların xalis gəlirinin həcmi illik müqayisədə 1,5 faiz azalıb. Təkcə iyun ayı ərzində bank sektoru 93 100 000 manat gəlir əldə edib. Bankların bir ay ərzində əldə etdiyi qazanc 2020-ci ilin iyun ayı ilə müqayisədə 62,8 faiz çoxdur. Bankların mənfəətdən ödədiyi vergilərin həcmi 62 800 000 manat olub və ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz azalıb.

İyul ayının əvvəlinə bank filiallarının sayı 465 ədəd olub. Bankların ATM-lərinin sayı isə 2 804 ədəd olub, iyun ayı ərzində daha 19 ədəd ATM istifadəyə verilib.

Hesabat dövrünün sonuna banklarda işçilərin sayı 18 993 olub. Bir ay ərzində 92 işçi bank sektorunda fəaliyyətə başlayıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri