26 
İyl
2021
16:47
35
102
2521
Virtual karabakh

Azərbaycanda könüllü sığorta ödənişi üç dəfəyə qədər artıb

26 İyl, 2021
16:47
2521

Azərbaycanda könüllü sığorta ödənişi üç dəfəyə qədər artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-iyun ayları ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının ümumi həcmi 452 366 300 manat, sığorta ödənişlərinin həcmi isə 248 199 500 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz, sığorta ödənişlərinin həcmi isə 31,8 faiz artıb. 

Bu onu göstərir ki, ölkədə sığorta sektoru 11,3 faiz böyüyüb. Eləcə də, sığorta ödənişlərinin də həcmi əhəmiyyətli dərəcədə - 59 848 300 manat artıb. 

Belə ki, könüllü sığorta növü üzrə sığorta şirkətləri tərəfindən 313 513 300 manat, icbari sığorta növü üzrə isə 147 853 000 manat sığorta haqqı yığılıb. Könüllü sığorta növü üzrə yığımların həcmi icbari sığorta üzrə yığımların həcmindən 2,1 dəfə çox olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə yığım həcmi 11,1 faizə qədər, icbari sığorta növü üzrə yığımlar isə 11,8 faiz artıb.

Könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 183 663 400 manata qədər, icbari sığorta növü üzrə isə 64 536 100 manata qədər sığorta ödənişi edilib. Könüllü sığorta üzrə ödənişlərin həcmi icbari sığorta ödənişlərinin həcmini 2,8 dəfə üstələyir.

2020-ci ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 19,2 faiz, icbari sığorta növü üzrə ödənişlərin həcmi isə 1,9 dəfə artıb.

Əlavə edək ki, iyul ayının əvvəlinə könüllü sığorta ilə avtomobil sığortası üzrə 18 114 300 manat (illik müqayisədə 15,2 faiz az) sığorta haqqı, 7 266 800 manat (illik müqayisədə 16,8 faiz çox) sığorta ödənişi edilib.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 46 757 800 manat (illik müqayisədə 5,9 faiz çox) sığorta yığımı, 32 078 400 manat (illik müqayisədə 12,1 faiz çox) sığorta ödənişi edilib. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri