27 
İyl
2021
13:28
15
46
1836
Virtual karabakh

Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

27 İyl, 2021
13:28
1836

Regionlarda yeni KOB inkişaf mərkəzləri fəaliyyətə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə regionlarında fəaliyyət göstərən biznes subyektlərinin və öz biznesini qurmaq istəyən potensial sahibkarların bilik və bacarıqlarının artırılması üçün KOB inkişaf mərkəzlərinin (KOBİM-lər) coğrafiyası genişləndirilir.

Oxu.Az xəbər verir ki, yeni KOB inkişaf mərkəzlərinin ünvanları və digər əlaqə vasitələri barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) saytından və ya mərkəzlərin vahid internet səhifəsindən əldə etmək olar.

KOBİA-nın strukturuna daxil olan KOBİM-lər sahibkarlara biznesyönümlü təlim və məsləhət xidmətləri göstərir, KOB-ların şəbəkələşməsinə, biznes üçün mövcud dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın dəstək alətləri barədə məlumatlandırmanı təmin edir.  

Müxtəlif bölgələrdə sahibkarlıq fəaliyyətinə maraq göstərən və bu istiqamətdə məsləhət xidməti və təlimlərə ehtiyacı olan potensial sahibkarlar, o cümlədən qadınlar, biznes ideyası olan gənclər və ailə biznesini qurmaq istəyənlər, eləcə də bizneslərini inkişaf etdirmək istəyən KOB-lar mərkəzlərin dəstək və xidmətlərlərindən yararlana bilərlər.

KOB inkişaf mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri