27 
İyl
2021
17:40
119
46
2659
Virtual karabakh

Dövlət Neft Fondu dollar ilə vəsaitlərin həcmini artırıb

27 İyl, 2021
17:40
2659

Dövlət Neft Fondu dollar ilə vəsaitlərin həcmini artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabat açıqlanıb.

Fonddan Oxu.Az-a verilən məlumata əsasən, ARDNF-nin vəsaitlərinin 68,6 faizi ABŞ dolları, 19,9 faizi avro, 4,9 faizi ingilis funt sterlinqi, 0,6 faizi Avstraliya dolları, 0,6 faizi Türkiyə lirəsi, 0,7 faizi Rusiya rublu, 1,3 faizi Çin yuanı, 1,4 faizi yapon yeni və 2 faizi digər xarici valyutalarda olub.

Belə ki, ABŞ dolları portfelinin 5 763 300 000 dollarlıq hissəsini və ya 13,1 faizini qızıl investisiyaları, vəsaitlərin 270 000-i Azərbaycan manatı təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisə) ABŞ dolları ilə olan vəsaitlərin payı 0,2 faiz bənd, Avstraliya dolları, Rusiya rublu, Çin yuanı və yapon yeni ilə olan vəsaitlərin payı isə 0,1 faiz bənd artıb.

Eləcə də, avro ilə olan vəsaitlərin payı 0,4 faiz bənd, Türkiyə lirəsi ilə olan vəsaitlərin payı isə 0,1 faiz bənd azalıb. İllik müqayisədə ingilis funt sterlinqi ilə olan vəsaitlərin payı sabit qalıb.

ARDNF-nin investisiya portfelinin 62,9 faizini istiqraz və pul bazarı alətləri, 17,9 faizini səhmlər, 6,1 faizini daşınmaz əmlak, 13,1 faizini qızıl (101,8 ton) aktivləri təşkil edib.

İllik müqayisədə istiqraz və pul bazarı alətlərinin ümumi aktivlərdə payı 3,9 faiz bənd, qızıl aktivlərinin payı 0,5 faiz bənd azalıb. Səhmlərin ümumi aktivlərdə payı 4,2 faiz bənd, daşınmaz əmlakın ümumi aktivlərdə payı 0,2 faiz bənd artıb.

Qeyd edək ki, 30 iyun 2021-ci il tarixinə Dövlət Neft Fondunun cəmi investisiya portfeli  44 104 065 000 dollar təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri