27 
İyl
2021
19:03
158
48
2227
Virtual karabakh

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Oklahoma Ştatının qubernatoru ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-la iqtisadi-ticarət tərəfdaşlığının inkişafını qeyd edib, Azərbaycanın sosial-iqtisadi inkişafına dair milli prioritetləri və qarşıya qoyulan hədəflər, rəqəmsal iqtisadiyyat, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması, nəqliyyat-tranzit potensialının gücləndirilməsi, dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib, iqtisadi əlaqələrin genişləndirilməsi potensialını vurğulayıb. 

Oklahoma Ştatının qubernatoru Kevin Stit  ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etmək niyyətini ifadə edib, iqtisadi əlaqələrin genişləndirilməsi istqiamətləri barədə fikirlərini bölüşüb. 

Görüşdə əməkdaşlığın genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərimizin bərpasında ABŞ şirkətlərinin iştirakı, enerji, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, texnologiyaların transferi istiqamətləri üzrə müzakirələr aparılıb, Ələt Azad İqtisadi Zonasının logistik imkanları barədə məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri