28 
İyl
2021
17:40
29
274
12217
Virtual karabakh

Dövlətə məxsus avtomobillər 4000 manatdan satılıb - QİYMƏTLƏR + FOTO

28 İyl, 2021
17:40
12217

Dövlətə məxsus avtomobillər 4000 manatdan satılıb - QİYMƏTLƏR + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 27-də təşkil olunan hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, nəqliyyat vasitələri üzrə ümumulikdə 29 sifariş qeydə alınıb, sifarişçilərdən 3-ü hərraca olduğu məkandan elektron formada qoşulub.

Bildirək ki, hərraca çıxarılan avtomobillərin yekun satış qiyməti 4000 manatdan başlayıb və 8000 manat qədər artıb. Yəni, hərracda ən ucuz avtomobil 4000 manatdan öz sahibini tapıb.

Xatırladaq ki, bu avtomobillərin hərraca çıxarılan ilkin satış qiyməti 2500 manatdan başlayıb və 6000 manata qədər olub.

Qeyd edilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri