29 
İyl
2021
15:24
100
146
3397
Virtual karabakh

SOCAR İsveçrədə yeni layihədə iştirak edə bilər - DETALLAR

29 İyl, 2021
15:24
3397

SOCAR İsveçrədə yeni layihədə iştirak edə bilər - DETALLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR İsveçrənin enerji təminatında fəal iştirak edən iki şirkətlə birgə gücü 10 MVt-a qədər olan elektroliz təsisatı layihəsində iştirak imkanını nəzərdən keçirəcək.

Oxu.Az-ın məlumata görə, Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Energy Switzerland” həmin təsisatı İsveçrənin Avropada lider enerji istehsalçılarından biri olan “Alpiq” və ölkənin əsas enerji təminatçılarından olan “EW Höfe” ilə birgə Freinbax şəhərində 2022-ci ilin sonunda istismara verməyi planlaşdırır.

Onun quraşdırılması başa çatdıqdan sonra sıfır emissiya imkanı verən illik 1000-1200 ton arasında yaşıl hidrogen istehsal edəcək. Eləcə də, bu sistem hazırda ölkədə qurulan regional istilik şəbəkəsinə daxil olacaq. Beləliklə, təsisat ümumi səmərəlilik baxımından yeni standartlar müəyyənləşdirəcək və İsveçrənin iqlim dostu enerji təminatına mühüm töhfə verəcək.

Enerji keçidi kontekstində yaşıl hidrogen az emissiyalı və maksimum aşağı karbon fəaliyyətinin açarlarından biri hesab edilir. Bu təsisatın qurulmasının Paris İqlim Sazişinin məqsədlərinə çatmaq üçün vacib amil olduğu nəzərə çatdırılır.

Təsisat ölkədə yaşıl hidrogen istehsalı üçün nəzərdə tutulan ən böyük mexanizmlərdən biri kimi yüksək hasilata sahib olacaq. Bununla da SOCAR İsveçrədə yaşıl hidrogen istehsalını yeni səviyyəyə qaldırmağa təkan verəcək. 

Hasilatdan əldə edilən hidrogen əsasən nəqliyyatda istifadə ediləcək. Layihənin icrası ilə birgə şəhərin magistral yolunun hər iki tərəfində hidrogen yanacaqdoldurma məntəqələrinin quraşdırılması gözlənilir. İstehsal edilən məhsul İsveçrədəki digər hidrogen yanacaq stansiyalarına da veriləcək.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri