30 
İyl
2021
12:32
52
61
3356
Virtual karabakh

Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı

30 İyl, 2021
12:32
3356

Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həftəlik tərəddüdlər manatın məzənnəsinə təsir göstərmir və göstərə də bilməz”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Azərbaycanda hazırda dayanıqlı makroiqtisadi şərait var və ölkənin toplanmış valyuta ehtiyatları yaranmış ani tərəddüdlərin qarşısını almağa imkan verir:

Hazırda valyuta bazarında təklif tələbi üstələyir. Biz ilin sonuna qədər də bu tendensiyanın davam getməsini gözləyirik. Yanvar ayını nəzərə almasaq ilin beş ayı ərzində orta tələb 55 milyon dollar səviyyəsində olub”.

Elman Rüstəmov qeyd edib ki, ilin sonuna qədər manatın məzənnəsinə mənfi təsir edən amil və proqnoz yoxdur. Mərkəzi Bankın sədrinin sözlərinə görə, Azərbaycanda makroiqtisadi cəhətdən ortamüddətli sabitlik təmin edilib və bu məsələ Milli İnkişaf Prioritetlərinin də ən mühüm elementlərindən biridir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri