Avq
2021
17:32
31
431
7981
Virtual karabakh

Məşhur restoranda müştərilərə müddəti bitmiş məhsullar servis edilib - FOTO

2 Avq, 2021
17:32
7981

Məşhur restoranda müştərilərə müddəti bitmiş məhsullar servis edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyeva Afaq Arif qızına məxsus “Fayton” restoranında yoxlama keçirilib.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a verilən məlumata əsasən, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, məhsulların emalı sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən olunub.

Eyni zamanda çalışan işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istifadə müddəti bitmiş məhsullar aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri