Avq
2021
12:00
104
23
1874
Virtual karabakh

Baramaçılıq və ipəkçilik sahəsində yeni dövlət standartı təsdiq edilib

3 Avq, 2021
12:00
1874

Baramaçılıq və ipəkçilik sahəsində yeni dövlət standartı təsdiq edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun keyfiyyət meyarlarının yaradılması məqsədilə AZS 897-2021 “Tut ipəkqurdunun yaş (diri) baraması” dövlət standartı təsdiqlənib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib.

Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 145-2005 “Tut ipəkqurdunun diri barmaları. Texniki şərtlər” dövlət standartı qüvvədən düşüb.

Yeni standartın tətbiqi məhsulun keyfiyyətinin artırılmasına və rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, standart Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri