Avq
2021
16:46
86
15
1758
Virtual karabakh

“Məşğulluq marafonu”na qoşulan sahibkarların sayı artır

4 Avq, 2021
16:46
1758

“Məşğulluq marafonu”na qoşulan sahibkarların sayı artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışı əsasında sahibkarlıq subyektləri 25 nəfəri işlə təmin edib.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, iş yerləri 15 sahibkarlıq subyektinə məxsus olmaqla ölkənin doqquz rayonunu əhatə edir.

KOBİA Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin məşğulluğuna dəstək olan sahibkarlara təşəkkürünü bildirir. 

Hazırda “Məşğulluq marafonu” çərçivəsində digər sahibkarlıq subyektləri tərəfindən vakant iş yerlərinin müvafiq elektron sistemə daxil edilməsi prosesi davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri