10 
Sen
2021
12:23
183
14
1054
Virtual karabakh

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb - YENİLƏNİB

10 Sen, 2021
12:23
1054

Türkdilli ölkələr arasında anlaşma memorandumu imzalanıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli ölkələr arasında müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

“Report” xəbər verir ki, imzalanmadan əvvəl çıxış edən Türkiyənin ticarət naziri Mehmet Muş deyib ki, türkdilli ölkələrin əhalisinin sayı 160 milyon nəfər, illik iqtisadiyyatının ümumi dəyəri isə 1,1 trilyon ABŞ dollarıdır.

“Türkdilli ölkələr İpək Yolunun əhəmiyyətli hissəsini təşkil edir. Qarşıdakı dövrdə ölkələrimiz arasında xüsusən rəqəmsal iqtisadiyyat və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlığa əhəmiyyət veriləcəyinə inanırıq. Türkiyə olaraq bu sahədə hər cür dəstəyə hazırıq. Bu baxımdan Türk İnvestisiya Fondu da üzv ölkələrə sərmayə qoyulması baxımından əhəmiyyətli olacaq”, - deyə o qeyd edib.

Türkiyəli nazir Azərbaycanla imzalanmış və bu ildən qüvvəyə minmiş preferensial ticarət sazişi barədə də danışıb və oxşar sənədin Özbəkistanla da imzalana biləcəyini deyib: “Özbəkistanla danışıqlarımızı bu il başa çatdırmağı düşünürük. Cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, milli valyutada ticarətə iş adamlarının etibarının olması üçün mərkəzi banklar və hökumətlər güvənli addımlar atmalıdır”.

12:04

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanacaq.

AZƏRTAC xəbər verir ki, memorandumun imzalanması Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası çərçivəsində nəzərdə tutulur.

Anlaşma memorandumunda Müxtəlif İqtisadi Zonalar dedikdə, Azərbaycan və Qazaxıstanın Xüsusi İqtisadi Zonalarına, Qırğızıstan və Özbəkistanın Azad İqtisadi Zonalarına və Türkiyənin Azad Zonalarına istinad edilir.

Memorandumun məqsədi Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsi, TDƏŞ-ə üzv dövlətlərin bu sahədə inkişafından yararlanmaq, TDƏŞ-ə üzv dövlətlərin arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı töhfə verməkdir.

Anlaşma memorandumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün tərəflərin müvafiq institutları tərəfindən birgə başçılıq ediləcək Birgə İşçi Qrupunun yaradılması nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri