10 
Sen
2021
14:48
162
10
1606
Virtual karabakh

Ağdaş rayonunda yeni istehsal kooperativi yaradıldı

10 Sen, 2021
14:48
1606

Ağdaş rayonunda yeni istehsal kooperativi yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunun Yenicə kəndində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Aran” İstehsal Kooperativi yaradılıb.

Agentlikdən verilən məlumata görə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 5 sahibkarlıq təsərrüfatından ibarət kooperativ 57 hektar ərazini əhatə edir.

Kooperativə məxsus torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin, o cümlədən 15 hektar ərazidə nar bağının salınması, 42 hektarda isə taxıl, qarğıdalı, çəltik və yonca əkilməsi nəzərdə tutulur.

KOBİA-nın Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Aran” İstehsal Kooperativinin yaradılması üçün müvafiq sənədlərin hazırlanması və kooperativin qeydiyyatı prosesində zəruri informasiya və məsləhət xidməti, hüquqi yardım göstərilib, sahibkar kooperativlər və vergi qanunvericiliyi barədə ətraflı məlumatlandırılıb.

KOBİA və Agentliyin regional struktur bölmələri olan KOB İnkişaf Mərkəzi və KOB dostu tərəfindən “Aran” İstehsal Kooperativinə ehtiyacına uyğun olaraq lazımi dəstək davam etdiriləcək.

Qeyd edək ki, kənd təsərrüfatı kooperativlərinin yaradılması mövcud resurslardan (torpaq, əmlak və s.) daha səmərəli istifadəyə imkan verir, fermerlərin xərclərini azaltmaqla gəlirlərini artırır.

Kooperativlər həmçinin, təsərrüfata iri investisiyaların cəlb edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və aqrar sahədə klasterləşmənin təşviqi baxımından da əhəmiyyətlidir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri