10 
Sen
2021
17:24
110
17
2166
Virtual karabakh

Azərbaycandan xarici dövlətə daha bir QADAĞA

10 Sen, 2021
17:24
2166

Azərbaycandan xarici dövlətə daha bir QADAĞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monqolustanın Dornod vilayətində nodulyar dermatit xəstəliyi, Ömnöqovi vilayətində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Övörxanqay, Dundqovi və Töv vilayətlərində dabaq xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Övörxanqay, Dundqovi və Töv vilayətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Ömnöqovi vilayətindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Dornod vilayətindən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monqolustandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qeyd edək ki, bundan əvvəl Monqolustanın Dornod vilayətində aşkarlanan dabaq xəstəliyi səbəbi ilə diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına məhdudiyyət tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri