13 
Sen
2021
15:15
485
21
6882
Virtual karabakh

Gorus-Qafan yolunda İran yük maşınlarından rüsum alınması ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

13 Sen, 2021
15:15
6882

Gorus-Qafan yolunda İran yük maşınlarından rüsum alınması ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində İrana məxsus yük maşınlarından rüsum alınması ilə bağlı məlumatlar yayılıb.

Bununla əlaqədar Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı açıqlama verib.

Komitədən Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Oxu.Az-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Bu məcəlləyə əsasən avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri