15 
Sen
2021
11:36
28
132
6889
Virtual karabakh

Nazirliyin avtomobili 5800 manata satıldı - FOTO

15 Sen, 2021
11:36
6889

Nazirliyin avtomobili 5800 manata satıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 14-də təşkil olunan hərracda 8 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, dövlət əmlakı üzrə ümumilikdə 22 sifariş verilib.

Hərraca çıxarılan avtomobillərin yekun satış qiyməti 4000 manatdan başlayıb və 13 000 manata qədər artıb. Yəni, hərracda ən ucuz avtomobil 4000 manatdan öz sahibini tapıb.

Xatırladaq ki, bu avtomobillərin hərraca çıxarılan ilkin satış qiyməti 3500 manatdan başlayıb və 10 000 manata qədər olub. Xarici işlər Nazirliyinin balansında olan və ilkin satış qiyməti 3500 manat olan avtomobil 5 800 manata özəlləşdirilib.

Qeyd edilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri