15 
Sen
2021
11:32
212
35
1191
Virtual karabakh

Macarıstana Azərbaycanın mavi yanacağı idxal olunacaq

15 Sen, 2021
11:32
1191

Macarıstana Azərbaycanın mavi yanacağı idxal olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada Serbiya-Macarıstan interkonnektorunun tikintisi başa çatmaq üzrədir, qaz kəməri bu il Azərbaycandan Macarıstana mavi yanacaq idxal etməyə imkan verəcək.

“6 sentyabr 2021-ci ildə boru kəmərinin illik tutumuna dair hərrac keçirilib. Boru kəməri oktyabrın 1-də kommersiya istismarına veriləcək. Onun ötürmə qabiliyyəti ildə 8,5 milyard kubmetr təşkil edəcək”, - deyə Macarıstan qazötürmə operatoru - FGZS şirkətindən bildirilir.

Layihənin ümumi dəyərinin təxminən 65,7 milyon avro olduğu qeyd edilir.

Mənbə: “Vestnik Kavkaza”

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri