15 
Sen
2021
17:40
372
98
1094
Virtual karabakh

Rusiya rəsmisi: “Azərbaycan mühüm ticarət tərəfdaşımızdır”

“Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşıdır və ümidvaram ki, bu ölkənin xalçaları Rusiyaya ixracatda layiqli yer tutacaq”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Sənaye və Ticarət Palatası İstehlak Bazarının İnkişafı Şurasının sədri Aleksandr Borisov Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycan xalçalarının ixracatı. Azərbaycan toxuculuq və xalça məmulatlarının Rusiyada tanıdılması” adlı müzakirə platformasında bildirib.

O, Azərbaycan tarixi və mədəniyyətini, o cümlədən xalçaçılıq ənənələrini tanıdan bu cür müzakirələrin faydalı olduğunu qeyd edib:

“Maraqlıdır ki, Azərbaycanın hər bölgəsində xalçaçılıq ənənələri başqadır, müasir ustalar da bu ənənələri yaşatmağa səy göstərirlər”.

Cari ilin birinci yarısında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 1 milyard dolları keçdiyi də diqqətə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri