16 
Sen
2021
10:56
26
617
7150
Virtual karabakh

Azərbaycanda əməkhaqları artıb - FOTO

16 Sen, 2021
10:56
7150

Azərbaycanda əməkhaqları artıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artıb. 

Əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri