21 
Sen
2021
12:56
146
18
2545
Virtual karabakh

Tikinti sahəsi ilə bağlı yeni dövlət standartı qəbul edilib: Keyfiyyət ARTIRILACAQ - FOTO

21 Sen, 2021
12:56
2545

Tikinti sahəsi ilə bağlı yeni dövlət standartı qəbul edilib: Keyfiyyət ARTIRILACAQ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bütün növ sementlərə dair yeni dövlət standartları təsdiq edilib.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Belə ki, ölkədə istehsal olunan bütün növ sementlərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 197-1:2021 “Sement - Hissə 1: Ümumi təyinatlı sementlərin tərkibi, texniki tələblər və uyğunluq meyarları”, AZS EN 197-2:2021 “Sement - Hissə 2: Keyfiyyət göstəricilərinin sabitliyinin qiymətləndirilməsi və yoxlanılması”, AZS ГОСТ 30515-2021 “Sementlər. Ümumi texniki şərtlər” dövlət standartları qəbul edilib.

Standartlar Tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartlar ümumi təyinatlı sementlərin tərkibini, texniki tələblər və uyğunluq meyarlarını, termin və tərifləri, təhlükəsizlik tələblərini, sementin keyfiyyətinin yoxlanması üçün nümunələrin götürülməsinə dair tələbləri, qəbul qaydalarını, sınaq üsullarını, nəqletmə və saxlanmaya dair tələbləri müəyyən edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri