21 
Sen
2021
13:12
13
116
4610
Virtual karabakh

Dövlət rüsumu ilə bağlı qərara DƏYİŞİKLİK EDİLDİ

21 Sen, 2021
13:12
4610

Dövlət rüsumu ilə bağlı qərara DƏYİŞİKLİK EDİLDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına və onun tərtib edilmə qaydasına dəyişiklik edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, dəyişikliyə əsasən, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi dövlət rüsumu tutulan hallara aid edilib.

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi qaydası yeni redaksiyada təsdiq edilib.

Hesabatın yeni forması və onun tərtib edilməsi qaydası ilə Dövlət Vergi Xidmətinin rəsmi saytının “Bəyannamə” bölməsində tanış olmaq mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri