21 
Sen
2021
17:32
125
17
1620
Virtual karabakh

Gəncədə sərgi-satış yarmarkası keçirilib - FOTO

21 Sen, 2021
17:32
1620

Gəncədə sərgi-satış yarmarkası keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19-20 sentyabr tarixlərində Gəncə şəhərində Gəncəsənət - İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Sərgi-Satış Yarmarkası keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Oxu.Az-a verilən məlumata əsasən, Gəncə Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunmuş yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.

Sərgi KOBİA, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Turizm İnformasiya Mərkəzi Gəncə Destinasiya Menecmenti Təşkilatı və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilatçılığı ilə keçirilib.

Sərgidə KOBİA-nın təmsil olunduğu xüsusi stenddə Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək və xidmətlər barədə məlumat verilib. Agentliyin Gəncə və Şəmkir KOB dostları tərəfindən sahibkarlıq fəaliyyətinə maraq göstərən yaradıcı şəxslərə bu barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, sərgi-satış yarmarkasının keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcılıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan insanlar ilə sənətkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri