22 
Sen
2021
15:56
15
125
1630
Virtual karabakh

İpoteka kreditləri üzrə orta aylıq ödənişlərin həcmi ARTIB

2021-ci ilin yanvar-avqust ayları ərzində banklar tərəfindən 256 200 000 manat həcmində ipoteka krediti verilib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, sentyabr ayının 1-nə vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 98 400 000 manat və ya 1,6 dəfəyə qədər artıb.

Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 35 600 000 manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin göstəricilərinə nəzərən 107 800 000 manat və ya 4 dəfəyə qədər azdır.

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 236 500 000 manat olub. 2020-ci ilin sentyabr ayının əvvəlinə olan göstəricilərlə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 178 000 000 manat və ya 4 dəfə artıb.

Fondun ipoteka portfeli üzrə orta aylıq faiz dərəcəsi əvvəlki ayla müqayisədə sabit qalıb və 6,32 səviyyəsində olub. İlin əvvəlindən orta aylıq faiz dərəcələri 6,32-6,34 arasında dəyişib.

Orta aylıq ödənişlərin həcmi isə iyul ayı (381,5 manat) ilə müqayisədə avqust ayında artaraq 382,2 manat həcmində müəyyənləşib. İlin əvvəlindən orta aylıq ödənişlərin həcmi 370,2-382,2 manat arasında dəyişib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri