23 
Sen
2021
11:44
208
36
1665
Virtual karabakh

Almaniya şirkətləri Qarabağa maraq göstərirlər - FOTO

23 Sen, 2021
11:44
1665

Almaniya şirkətləri Qarabağa maraq göstərirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Füzuli şəhərində hava limanına uçuş Azərbaycan üçün böyük bir nailiyyət idi”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatında Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Fərid İsayev deyib.

O bildirib ki, Almaniya şirkətləri əraziyə maraq göstərirlər:

“Qarabağda belə bir hava limanının tikilməsi iqtisadi nəqliyyat və logistika sahəsində böyük inkişaf vəd edir. Almaniya şirkətləri də ərazidə daha çox yenilikləri öyrənmək istəyirlər”.

Qeyd edək ki, təqdimatda iqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da iştirak edib.

İlhamə Əbülfət
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri