23 
Sen
2021
12:06
115
95
4392
Virtual karabakh

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı ilə bağlı əhəmiyyətli hədəfi AÇIQLADI - FOTO

23 Sen, 2021
12:06
4392

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı ilə bağlı əhəmiyyətli hədəfi AÇIQLADI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ilin sonuna kimi Azərbaycanın qeyri-neft ixracı 2,2 milyard dollara çatacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkədə qeyri-neft ixracı 37 faiz artıb: “Münbit dinamika il sonuna ixrac həcmini 2,2 milyard dollara çatdırmağa imkan verəcək. İxracla bağlı olan məlumatları təhlil etmişik, burada kifayət qədər ciddi xammal və malların həcmi var”.

Mikayıl Cabbarov təqdimatdakı çıxışı zamanı Ələt Azad İqtisadi Zonasının logistika imkanları barədə məlumat verib. Nazir əlavə edib ki, növbəti illərdə dövlət satınalmalarının keyfiyyəti və islahatı, eyni zamanda, rəqabətin artırılması məsələsi də prioritet məsələ olacaq.

İlhamə Əbülfət
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri