23 
Sen
2021
14:24
37
159
1674
Virtual karabakh

Mikayıl Cabbarov xarici şirkətlərin ölkəmizdə biznes mühitinə münasibətindən yazdı - FOTO

23 Sen, 2021
14:24
1674

Mikayıl Cabbarov xarici şirkətlərin ölkəmizdə biznes mühitinə münasibətindən yazdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021” hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır”.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, xarici şirkətlərin 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir:

“Şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri