23 
Sen
2021
16:00
69
27
2604
Virtual karabakh

“Expressbank”dan korporativ müştərilərə daha bir yenilik!

23 Sen, 2021
16:00
2604

“Expressbank”dan korporativ müştərilərə daha bir yenilik!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uğur qazanmağın və zəmanənin əsas tələblərindən biri vaxta qənaət etmək, onu düzgün bölüşdürməkdir. Bu səbəbdən hər zaman müştərilərinə xüsusi qayğı və diqqətlə yanaşaraq, onların vaxtına dəyər verərək işlərinin daha rahat getməsi üçün çalışan “Expressbank” daim yeni texniki imkanlar, innovasiyalar, yeni layihələr üzərində çalışır.

Bu yeniliklərdən biri kimi “Expressbank” daha bir layihəni yekunlaşdıraraq müştərilərinin istifadəsinə təqdim edib. Belə ki, “Expressbank” korporativ müştərilərinə beynəlxalq köçürmələri daha sürətli, təhlükəsiz, aşağı əməliyyat xərcləri ilə həyata keçirməyə imkan verən “Visa B2B Connect” ödəmə şəbəkəsini rəqəmsal ödənişlər üzrə dünya lideri olan “Visa” şirkəti ilə birgə istifadəyə verib.

“Visa B2B Connect” hüquqi şəxslərin qarşılıqlı fəaliyyətində mövcud məhdudiyyətləri aradan qaldıraraq hesablaşmaların sürətini əhəmiyyətli dərəcədə artırır. Platforma eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaflığını, göndərən bankdan qəbul edən bankadək ödənişin cari vəziyyətini real zamanda izləməyə imkan verir. Köçürmələrin sürəti və dəqiqliyi artır, habelə pul axınına nəzarət onların idarə olunması təkmilləşdirilir və sadələşdirilir. “Visa B2B Connect” hazırda dünyanın 80-dən çox bazarında mövcuddur.

Qeyd edək ki, “Expressbank” “Visa B2B Connect” layihəsini müştərilərinə təqdim etmiş ilk banklardan biridir.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri