23 
Sen
2021
18:21
246
46
2177
Virtual karabakh

Əhalinin banklardakı əmanətləri azalıb: Bir aya 50 milyon manata yaxın vəsait geri çəkilib

23 Sen, 2021
18:21
2177

Əhalinin banklardakı əmanətləri azalıb: Bir aya 50 milyon manata yaxın vəsait geri çəkilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin sentyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 24 791 900 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin sentyabr ayının əvvəli ilə müqayisədə depozit və əmanətlərin həcmi 9,1 faiz artıb, avqust ayının 1-nə olan vəziyyətlə müqayisədə (aylıq müqayisədə) isə 0,5 faiz azalıb.

Belə ki, vəsaitlərdən 8 559 100 000 manatı fiziki şəxslərin əmanətlərini, 1 758 900 000 manatı maliyyə təşkilatlarının, 14 473 900 000 manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 8,7 faiz artıb. Lakin, avqust ayı ərzində fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 46 800 000 manat həcmində azalıb.

Onların əmanətlərinin 55,3 faizi milli valyutada, 44,7 faizi isə xarici valyutada olub. Manatla olan əmanətlərin həcmi avqust ayında da xarici valyutada olan əmanətlərin həcmini üstələyib.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,5 faizini təşkil edib. Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi isə artıb. Sentyabr ayının 1-nə olan vəziyyətə görə, onların əmanətlərinin həcmi 297 600 000 manatı təşkil edib. Bu, aylıq müqayisədə 4,5 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 3,5 faiz çoxdur.

Ötən ilin sentyabr ayının əvvəlinə olan göstəricilərlə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi avqust ayı ərzində 1,9 faiz, illik müqayisədə isə 15 faiz azalıb.

Qeyri-maliyyə qurumlarının depozitlərinin həcmi avqust ayında 0,4 faiz azalıb, illik müqayisədə isə 13,2 faiz artıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri