23 
Sen
2021
18:51
46
175
1525
Virtual karabakh

Mikayıl Cabbarov Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının illik hesabatının təqdimatında iştirak edib

23 Sen, 2021
18:51
1525

Mikayıl Cabbarov Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının illik hesabatının təqdimatında iştirak edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Aserbaidschan”) “Azərbaycanda əcnəbi sahibkarlıq: İşgüzar ab-hava 2021” illik hesabatının təqdimatı keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, “AHK Aserbaidschan”ın direktoru Tobias Baumann, qurumun idarə heyətinin sədri Fərid İsayev, icraçı direktorunun müavini Nigar Bayramlı iştirak edib.

2021-ci ildə koronavirus pandemiyasına baxmayaraq Azərbaycanın bir çox nailiyyətlərinin olduğunu qeyd edən F.İsayev Qarabağ və Şərqi Zəngəzur bölgələrində iqtisadi inkişaf üçün mühüm əhəmiyyat daşıyan yeni Füzuli Beynəlxalq Hava Limanına sentyabrın 5-də ilk sınaq uçuşu həyata keçirildiyini xatırladıb.

Natiq bildirib ki, əcnəbi, o cümlədən almaniyalı sərmayədarlar Qarabağın bərpasına dair layihələrə xeyli maraq göstərir, AHK isə buna hər cür dəstək verməyə hazırdır.

Tədbirdə Azərbaycan iqtisadiyyatının başlıca nailiyyətləri təqdim edilib, əcnəbi sərmayələr üçün yaradılmış imkanlardan söhbət açılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri