24 
Sen
2021
13:43
384
39
2393
Virtual karabakh

İlham Əliyev İraqın neft nazirini qəbul edib - YENİLƏNİB + VİDEO

24 Sen, 2021
13:43
2393

İlham Əliyev İraqın neft nazirini qəbul edib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.

Nazir vurğulayıb ki, İraqın Baş naziri Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını çatdırıb və bildirib ki, İraq da öz növbəsində Azərbaycana dəstəyini ifadə edir.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla İraq arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğu qeyd edilib, enerji sektorunda Azərbaycanın İraq üçün mühüm tərəfdaş olduğu bildirilib. Qeyd edilib ki, ölkələrimiz OPEC+ formatında uğurlu əməkdaşlıq həyata keçirir. Bildirilib ki, İraq daha çox Azərbaycan şirkətinin ölkə iqtisadiyyatında iştirakında maraqlıdır.

Söhbət zamanı dövlətimizin başçısı tərəfindən COVID-19-la mübarizədə İraqa göstərilən dəstək də yüksək qiymətləndirilib.

Görüşdə Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə İraqın hər zaman Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq formatlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində haqq işinə verdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.

Söhbət zamanı ticarət, investisiya qoyuluşu, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

12:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri