27 
Noy
2014
15:10
65
29
3765
Virtual karabakh

Nəqliyyat Nazirliyi Bakıya yeni avtobuslar gətirəcək - VİDEO

27 Noy, 2014
15:10
3765

Nəqliyyat Nazirliyi Bakıya yeni avtobuslar gətirəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nağd ödəniş ləğv olunacaq”.

İlkin olaraq 50 ədəd yeni avtobus Azərbaycana gətirilib. Hazırda onlar texniki baxış mərhələsindədir.

Yoxlanışlar tamamlandıqdan sonra avtobuslar ictimaiyyətə təqdim olunacaq və marşrut xətlərinə buraxılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az saytına Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə daha 250 avtobus və 500 “London taksisi”nin gətirilməsi də nəzərdə tutulub:

“Ümumilikdə Avropa Oyunlarına qədər 300 ədəd orta tutumlu avtobusun gətirilməsi planlaşdırılır. Daha sonra isə ehtiyac olarsa, hətta gətiriləcək avtobusların sayı 600-ə qədər çatdırıla bilər. Hazırda bununla bağlı danışıqlar aparılır”.

Nəqliyyat Nazirliyi bir müddət əvvəl avtobus sürücülərinə vahid geyim forması paylandığını desə də, sərnişin olaraq həmin geyimlərdə sürücü görməmişik.

Nazirlik rəsmisi bunu belə izah edib:

“Qeyd olunan məsələlər hamısı bir-birilə bağlıdır. Bir hissəyə geyimlər paylansa da, tam olaraq hamı vahid geyimə keçəməyib. Çünki, bunu da avtobusların tam olaraq gətirilməsindən sonraya saxlamışıq. İstəyirik ki, mərhələli şəkildə yox, tam hazırlıqlı şəkildə formaya keçilsin. Ona görə də geyim məsələsi bir qədər geridə qalıb. Amma sərnişinlərimiz yeni ildən bütün avtobus sürücülərini yeni formada görə biləcəklər”.

N.Həsənov qarşıdakı ilin mart ayından etibarən nəğd ödəniş sisteminin ləğv olunacağını vurğulayıb:

“2015-ci ilin martın 1-ə qədər isə kart sisteminə keçilməsi nəzərdə tutulub. Həmin vaxt nəğd ödəniş ləğv olunacaq. Vətəndaşlar əldə etdikləri avtobus kartları, həmçinin “master” və “viza”tipli kartlardan da gediş yükləmək üçün istifadə edilə biləcək. Sərnişinlər kartlarına metro çıxışlarında, dayanacaqlarda, dəmiryolu vağzalında, avtovağzalda, köşklərdə quraşdırılmış turnuketlərdə gediş yükləyə biləcəklər”.

N.Həsənov avtobus kartlarının metropolitenə transformasiyası barədə söhbətlər getdiyini də diqqətə çatdırıb:

“Avtobus üçün nəzərdə tutulan kartların gələcəkdə digər ictimai nəqliyyat növləri üçün də isitifadə ediləcəyi istisna edilmir. Məsələ hələ ki, müzakirə mərhələsindədir”.

500 ədəd “London taksisi”nin yaxın vaxtlarda Bakıya gətirilməsi planlaşdırılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri