Okt
2021
15:24
103
9
1335
Virtual karabakh

Stanislav Mitraxoviç: “İndi neft qaza reaksiya verir, əksinə deyil”

7 Okt, 2021
15:24
1335

Stanislav Mitraxoviç: “İndi neft qaza reaksiya verir, əksinə deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bazarda çaxnaşma var. Buna əvvəlcə obyektiv amillər, sonra isə spekulyatorların hərəkətləri səbəb oldu”.

Bu sözləri Rusiya Federasiyası Hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı mütəxəssisi Stanislav Mitraxoviç Oxu.Az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində daxili istehlak düşənə qədər və ya qaz hasilatı artana qədər gözləmək lazımdır.

“Bəlkə də spekulyantlarla əlaqədar bir araşdırma aparılacaq və qiymətlərə məhdudiyyətlər qoyulacaq, yəni sərbəst bazardan imtina ediləcək ki, bu da hansısa mərhələdə istisna edilmir.

Başqa bir variant isə istehlak azalana və müəssisələr bağlanmağa başlayana qədər dözmək və gözləməkdir”, - deyə Mitraxoviç bildirib.

Mütəxəssis qeyd edib ki, qazın qiymətinin neftin qiymətindən ayrılması bir sıra ölkələrdə birja indeksasiyasına keçid nəticəsində baş verib. Onlar özləri də bunu istəyiblər və bir il əvvəl qazı çox ucuz alacaqları üçün sevinirdilər.

“Bundan başqa, hardasa bir-birini əvəz edə bilən enerji resursları var, onların birindən digərinə keçmək mümkündür. Amma bir resursun qiymətinin artması digərinin bahalaşmasına səbəb olur.

İndi neft qaza reaksiya verir, əksinə deyil. Ancaq neftin öz “motivləri” var. Bu, heç bir razılaşma bağlamayan, Venesueladan sanksiyaları qaldırmayan, ekoloji gündəminə görə ABŞ-ın neft sektoruna investisiyalarla bağlı problemləri olan İrandır”, - deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri