12 
Okt
2021
15:56
79
39
3657
Virtual karabakh

Azərbaycanda dollara tələb hansı səviyyədədir? - RƏSMİ

12 Okt, 2021
15:56
3657

Azərbaycanda dollara tələb hansı səviyyədədir? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

Oxu.Az-ın Fonddan əldə etdiyi məlumata əsasən, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 4 305 400 000 ABŞ dolları məbləğində vəsait satılıb.

Bu vəsait 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1 304 700 000 ABŞ dolları qədər və ya 23,3 faiz azdır.

Təkcə sentyabr ayı ərzində Fond tərəfindən valyuta hərraclarında 565 400 000 ABŞ dolları məbləğində vəsait satılıb. Bu əvvəlki ayla (avqust, 2021-ci il) müqayisədə 10,4 faiz çox, 2020-ci ilin müvafiq dövrünə nəzərən isə 6,8 faiz azdır.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən bu ilin avqust ayında 512 300 000 ABŞ dolları, 2020-ci ilin sentyabr ayında isə 606 400 000 ABŞ dolları məbləğində vəsait satılıb.

Ötən ilin doqquz ayı ərzində isə Dövlət Neft Fondu tərəfindən 5 610 100 000 ABŞ dolları məbləğində vəsait satılıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri