13 
Okt
2021
15:16
18
103
4388
Virtual karabakh

Mərkəzi Bankda yeni vəzifə TƏYİNATI

Azərbaycan Respublikası Mərkəzi Bankında (AMB) yeni vəzifə təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, Namiq Nağdəliyev AMB sədrinin ofisinə yeni direktor təyin edilib.

N.Nağdəliyev daha əvvəl Dünya Bankının Azərbaycan üzrə icraçı direktorunun müşaviri olub.

Mərkəzi Bankın sədr ofisinin direktoru vəzifəsini bundan əvvəl hazırda Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri olan Adışirin Qasımov icra edib.

Qeyd edək ki, Namiq Sahib oğlu Nağdəliyev 1982-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə “Keçid iqtisadiyyatı ölkələrində İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və Azərbaycan Respublikasında tətbiq edilməsi perspektivləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2011-ci ildə ABŞ-ın Kolumbiya Universitetində doktorantura tədqiqatı aparıb, 2013-2014-cü illərdə ABŞ-ın Johns Hopkins Universitetində postdoktorantura pilləsi üzrə akademik təhsil alıb, “Keçid iqtisadiyyatı ölkələrində institusional və iqtisadi islahatların idarəedilməsi” üzrə tədqiqat işi aparıb.

2020-ci ilin may-dekabr aylarında Harvard Universitetində “Dövlət Siyasətinin həyata keçirilməsi” istiqaməti üzrə xüsusi təhsil alıb.

N. Nağdəliyev əmək fəaliyyətinə 2001-ci ildən başlayıb, kommersiya banklarında, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar ETİ-da çalışıb. 2008-ci ildə Mərkəzi Bankın Pul siyasəti departamentinə işə qəbul olunub və orada Pul və Məzənnə Siyasəti şöbəsinin rəisi vəzifəsinədək yüksəlib. 2018-2021-ci illər ərzində Vaşinqton şəhərində Dünya Bankının İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.

Evlidir, 1 övladı var.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri