15 
Okt
2021
10:10
9
32
2568
Virtual karabakh

Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı RƏSMİ AÇIQLAMA

15 Okt, 2021
10:10
2568

Sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi tərəfindən ilin sonuna qədər qanunsuz tikililərin sənədləşmə prosesinin yekunlaşacağına dair məlumatla bağlı rəsmi cavab verilib.

Bu barədə Nazirlikdən Oxu.Az-a bildirilib ki, hazırda inventarlaşdırma işləri davam etdirilir. 

Açıqlamada qeyd edilib ki, sənədsiz evlərin uçotunun aparılması ilə bağlı yerli icra hakimiyyətlərində komissiyalar yaradılıb və bu günə qədər 267 000-ə yaxın sənədsiz evin uçotu tamamlanıb.

2020-ci ildə COVID-19 pandemiyası ilə bağlı işlərin aparılmasında ləngimələrin olduğu vurğulanıb. Eyni zamanda, ölkəmizdə müstəqilliyin ilk illərində ağır müharibə şəraiti, 1 milyondan artıq soydaşımızın öz ata-baba yurdlarından qaçqın düşməsi, sovet hüquq sisteminin müasir liberal iqtisadi sistemə uyğun olmamasının bir çox sahədə olduğu kimi, yaşayış fondunun inkişafı və sənədləşdirilməsində də ciddi çatışmazlıqlara səbəb olduğu əlavə edilib:

“Müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırma işləri hazırda davam etdirilir. Sənədsiz evlərin inventarlaşdırılması ilə bağlı vətəndaşların hər hansı idarəyə müraciət etməsinə ehtiyac yoxdur. Müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu Komissiyanın üzvləri bütün fərdi yaşayış evləri üzrə zəruri məlumatları yerində toplayır. İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacaq. Təhlillərə uyğun olaraq, sahə üzrə qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir”.

Qeyd edək ki, millət vəkili Vahid Əhmədov açıqlamasında qanunsuz tikililərin sənədləşməsi ilə bağlı işlərin yekunlaşmasına az bir müddət qaldığını, ilin sonuna qədər problemin öz həllini tapacağını bildirmişdi.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri