15 
Okt
2021
11:38
94
74
3358
Virtual karabakh

SOCAR-STP yerli şirkət olaraq ilkə imza atdı: Amerika Neft İnstitutu tərəfindən mükafatlandırıldı - FOTO

15 Okt, 2021
11:38
3358

SOCAR-STP yerli şirkət olaraq ilkə imza atdı: Amerika Neft İnstitutu tərəfindən mükafatlandırıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-STP MMC şirkəti Amerika Neft İnstitutunun (API) Monoqram Proqramı üzrə üç istehsal istiqaməti - fırlanan qazma boru komponentləri (7-1), qazma sütunu və boru birləşməsi (5CT), quyu başlığı və fontan armaturu məhsulları (6A) üzrə API Spesifikatlarına layiq görülüb.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, bununla da SOCAR-STP API tərəfindən istehsal sertifikatlarını alan ilk yerli şirkət adını qazanıb.

SOCAR-STP indiyədək API tərəfindən Keyfiyyəti İdarəetmə Sisteminin icrası və ISO 9001:2015 Beynəlxalq Standartı üzrə sertifikatlaşdırmaya da nail olmaqla yalnız şirkətin özü üçün deyil, həm də bütövlükdə yerli istehsal üçün mühüm hədəflərə çatıb. 

Qeyd edək ki, API Monoqram Proqramı üzrə sertifikatlaşdırma şirkətlərə öz məhsullarının qlobal keyfiyyət tələblərinə uyğunluğunu və qlobal neft və sənaye bazarında istifadəyə yararlılığını nümayiş etdirmək imkanı yaradır. API Monoqram lisenziyası, API Q1 standartının tələblərini tətbiq edən, Monoqramın istehsal və sınaq tələblərinə uyğunluğunu təsdiqləyən şirkət və təşkilatlara verilir.

Xatırladaq ki, 2020-ci ildə SOCAR (50 faiz) və Sumqayıt Texnologiyalar Parkı (STP) (50 faiz) tərəfindən yaradılan “SOCAR-STP” MMC regionun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə edir. Birgə müəssisənin yaradılması SOCAR və ölkənin ən iri sənaye komplekslərindən olan STP arasında əməkdaşlıq çərçivəsində, neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı üzrə mövcud imkanların inkişaf etdirilməsi məqsədini daşıyır.

“SOCAR-STP”nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıqlar, fontan armaturları, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri