15 
Okt
2021
15:32
42
273
11939
Virtual karabakh

Azərbaycanda bir aya 7000 manat gəlir vəd edən peşə - FOTO

15 Okt, 2021
15:32
11939

Azərbaycanda bir aya 7000 manat gəlir vəd edən peşə - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda aqrar sığortanın tətbiqi genişləndikcə sistemlə əməkdaşlıq edən aqrar sığorta ekspertləri artıq yüksək gəlirlər əldə etməyə başlayıblar. 

Aqrar Sığorta Fondundan Oxu.Az-a verilən məlumatda bildirilib ki, bunu avqust ayında ən çox gəlir əldə edən üç müstəqil aqrar sığorta ekspertinin nümunəsində görmək mümkündür. 

Avqustda ən çox gəlir əldə edən üç müstəqil aqrar sığorta ekspertlərinin aylıq gəlirləri - 7 795 manat, 5 225 manat və 4 366 manat təşkil edib. Aqrar sığorta prosesində çalışan digər ekspertlərin də aylıq gəlirləri bu göstəricilərdən asılı olaraq 1 000 - 4 200 manat arasında dəyişib. 

Qeyd edək ki, müstəqil aqrar sığorta ekspertlərinin gəlirləri onların aktivliyindən - təsərrüfatlara çıxışların və müayinə etdiyi heyvanların sayından, qət etdiyi məsafədən asılı olaraq dəyişir. 

Aqrar sığorta peşəsinə yiyələnmək istəyən mütəxəssislər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi test imtahanlarından keçməli və Aqrar Sığorta Fondunun (ASF) təşkil etdiyi təlimlərdə iştirak etməlidirlər. Növbəti belə imtahan oktyabrın 31-də keçiriləcək. Bunun üçün aqronom, baytar və əlaqədar peşələrə malik namizədlər oktyabrın 29-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri