15 
Okt
2021
12:18
10
183
3515
Virtual karabakh

Ölkədə inflyasiya səviyyəsi AÇIQLANDI - FOTO

15 Okt, 2021
12:18
3515

Ölkədə inflyasiya səviyyəsi AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 105,2 faiz təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.

Bildirilib ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz olub.

İlin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri